Saat:03:54
Haqqımızda

Rusiya Tacikistana pulsuz silah və texnika verəcək

2021-07-28 14:42:00

Rusiya Tacikistana pulsuz silah və texnika verəcək

Hurriyyet.org xəbər verir ki,  Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Rusiyanın Tacikistan ordusu üçün təmənnasız olaraq silah-sursat tədarük etdiyini bildirib.

Şoyqu Düşənbədəki danışıqlarda Mərkəzi və Cənubi Asiyadakı vəziyyətin xüsusi diqqət tələb elədiyini bildirib və bununla əlaqədar Rusiyanın tədbirlər görməyə başladığını bildirib: “Bu gün Tacikistana qonşu Əfqanıstanın ərazisindən gələcək təhlükələrin neytrallaşdırılması üzrə birgə iş birinci plana çıxır. Xarici hərbçilərin oradan tələsik çıxması vəziyyətin kəskin şəkildə pisləşməsinə və terrorçuların fəallığının qəflətən artmasına təkan verib”.

Şoyqu birgə təlimlərin həm ikitərəfli şəkildə, həm KTMT çərçivəsində keçiriləcəyini xəbər verib, həmçinin, Moskvanın Tacikistan ordusunu təmənnasız şəkildə silah və hərbi texnika ilə təmin edəcəyini bildirib.

“Tacikistanın peşəkar hərbi kadrlarının hazırlığını davam etdiririk. Onları həm öz hərbi bazalarımızda, həm də 201-ci hərbi bazanın ərazisində hazırlayırıq”.

Əfqanıstanda hökumət qüvvələri ilə Taliban radikal hərəkatının üzvləri arasında qarşıdurma davam edir. Taliban ölkənin kənd rayonlarının böyük qismini tutaraq iri şəhərələrə hücuma başlayıb. ABŞ hərbçilərinin respublikanı tərk eləməsi fonunda qeyri-sabitlik davam edir.

Böhran qonşulara təsir göstərir. Tacikistana qaçanlar arasında həm terrorçular, həm də dövlət qüvvələrinin hərbçiləri var, ölkədə narkotrafik artır. Düşənbə yardım üçün Moskvaya və Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatına müraciət edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR