Saat:06:14
Haqqımızda

Rusiya Suriyanın şimalına hərbçi və silah toplamağa başlayıb

2022-07-04 21:53:00

Rusiya Suriyanın şimalına hərbçi və silah toplamağa başlayıb

R.T.Ərdoğan əməliyyat keçiriləcəyini bəyan edəndən sonra ərazidə canlanma müşahidə edilir

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiya Suriyada, Fərat çayının şərqində, YPG/PKK terror təşkilatının işğalı altındakı Xaseke vilayətinin Kamışlı rayonundakı aeroporta silah və canlı qüvvə toplamaqdadır.

“Anadolu Agentliyi”nin müxbirinin yerli mənbələrdən aldığı məlumata görə, Rusiyanın 2 ədəd İl-76 tipli hərbi nəqliyyat təyyarəsi Kamışlı aeroportuna gedib.

Suriyadakı Xmeymim aeroportundan havaya qalxan təyyarələrin içərisində hərbi texnika ilə yanaşı, 300 nəfərə yaxın Rusiya hərbçisi də olub.

Rusiya Suriyanın şimalında hərbi varlığını möhkəmləndirir.

3 iyun tarixində Rusiya ordusu Kamışlıda kiçik və orta mənzilli “Pantsit-C1” sistemləri yerləşdirib.

8 iyun tarixində “Barış bulağı” əməliyyatı cəhəsinin cənub-şərq sərhədindəki Tel-Tamir bazasına 2 tank, radiolokasiya sistemi, “Doçka” zenit qurğusu və 8 zirehli avtomobil göndərilib.

Son günlərdə Ayn-İsa, Tel-Tamir, Menbic, Ayn əl Arabe və Kamışlıda Rusiya hərbçilərinin sayının artırılması qeydə alınıb.

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti R.T.Ərdoğan Türkiyənin istənilən zaman Suriyanın şimalında əməliyyata başlaya biləcəyini söyləyib. Ərdoğan bu açıqlamanı Madriddə keçirilən NATO sammitindən qayıtdıqdan sonra vermişdi.

Ərdoğan deyib: “Qəflətən bir gecə əməliyyata başlaya bilərik. Narahat olmaq və tələsmək lazım deyil”.

Xatırladaq ki, R.T.Ərdoğan mayın 23-də verdiyi açıqlamada Suriyanın şimalında yeni əməliyyata hazırlaşdıqlarını bildirmişdi. Əməliyyatda məqsəd 2019-cu ilin oktyabrında keçirilən “Barış bulağı” əməliyyatında yaradılmış 30  kilometrlik təhlükəsizlik zonasının genişləndirilməsidir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR