Rusiya Suriyanı bombaladı – uşaqlar həlak oldu, yaralananlar var

2022-07-22 13:11:00

Rusiya Suriyanı bombaladı – uşaqlar həlak oldu, yaralananlar var

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Rusiyanın Suriyanın İdlib rayonunun qərbindəki məntəqələrə hava hücumları nəticəsində 5 nəfəri uşaq olmaqla 7 nəfər dinc sakin həlak olub, 13 nəfər yaralanıb.

Suriyalı müxaliflərə məxsus müşahidə evinin məlumatına görə, səhərin erkən saatlarına Rusiyanın Suriyadakı Xmeymim bazasından havaya qalxan Rusiya qırıcısı İdlibin qərbindəki Yakubiye və Cudeyda kəndlərinə hava hücumu edib. İdlib Mülki Müdafiə (Bəyaz Beretlilər) qüvvələrinin məlumatına görə, İdlibin Cudeyda kəndində 5 nəfəri uşaq olmaqla, 7 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Hədəfə alınan bölgədə xristianlarla yanaşı, qaçqın ailələr də yaşayır. Hücumda həlak olanların Bəşər Əsəd rejimi və dəstəkçilərinin Hama rayonuna hücumlarından qaçaraq kəndə sığınan dinc sakinlər olduğu xəbər verilir.

İdlibdəki vəziyyət

Türkiyə, Rusiya ve İran 2017-ci ildəki Astana sammitində Əsəd hökumətinin nəzarətində olmayan ərazilərdə 4 ədəd gərginliyi azaltma bölgəsi yaratmağı qərar almışdılar.

Əsəd hökuməti, İranın dəstəklədiyi silahlılar və Rusiya hücumlara davam etməklə 4 bölgədən 3-nü ələ keçirərək İdlibə yönəliblər.

Türkiyə 2018-ci ilin sentyabrında Rusiya ilə atəşkəsi möhkəmləndirmək üçün əlavə razılaşma əldə eləsə də, hücumlar 2019-cu ilin mayında yenidən şiddətlənib.

2020-ci ilin 5 mart tarixində Türkiyə ilə Rusiyanın yeni razılaşmasından sonra atəşkəs bir qədər möhkəmlənmişdi.

2017-2020-ci illər arasında İdlibə hücumlardan qaçan 2 milyon nəfərə qədər dinc sakin Türkiyə sərhədinə yaxın bölgələrə köçməyə məcbur olub.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056333