Rusiya Suriyalı və Fələstinli muzdluları Ukraynada döyüşə göndərir

2023-03-01 08:17:00

Rusiya Suriyalı və Fələstinli muzdluları Ukraynada döyüşə göndərir

Bu gün dünya media gündəmində maraqlı xəbər dolaşır. Məlumata görə, Livandakı qaçqın düşərgələrindən olan 300-ə yaxın fələstinli Ukraynada Rusiyanın tərəfində döyüşür. Bu barədə fevralın 27-də Livan hökumətindəki mənbələrə istinadən Yaxın Şərq nəşri olan "The Media Line" məlumat yayıb. 
Mənbə iddia edir ki, fələstinlilərə ayda 350 dollar maaş verilir. Muzdlular adətən FƏTH və Fələstinin Azlıqğı Təşkilatı qruplarının üzvlərindən cəlb edilir. "Verbovka" Fələstinin Livandakı səfirliyi ilə əlaqəli fəallar tərəfindən həyata keçirilir. İranla əlaqəsi olan “Hizbullah” terror təşkilatı da fəal şəkildə muzdlu əsgərlər axtarır.Xüsusən də PUA-ları idarə etməyi bilənləri, şəhərlərdə partizan döyüşü təcrübəsi olanları öz sıralarına cəlb edir.
Nəşrin məlumatına görə, 300-ə yaxın fələstinli artıq Rusiyada ekspress təlim keçərək cəbhə xəttinə göndərilib. Onların əksəriyyəti Livandakı ən böyük fələstinli qaçqın düşərgəsi olan Eyn əl-Xalvadan, Sidon liman şəhərinin cənubundadır.
Qəzet yazır ki, Ukraynadakı müharibəyə neçə fələstinlinin cəlb olunduğu dəqiq məlum deyil. Bununla belə, onun sözlərinə görə, hazırda Eyn Əl-Xalva qaçqın düşərgəsində daha 100 yaraqlı qrupu yaradılır və yaxın vaxtlarda Rusiyaya göndərilməyə hazırlaşır.
Fələstinli gənc muzdlulara ayda 350 dollar maaş verilir. Onların ailələrinə də təzminat verilir.
London və İstanbulda yerləşən Abaad Strateji Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Sarmini “The Media Line”a deyib ki, ruslar Suriyada da Ukraynadakı müharibə üçün döyüşçülər yığır. Burada "verbovka" iki yolla aparılır. "Wagner" muzdlu ordusu çoxlu gənc fələstinlinin yaşadığı sahilboyu ərazilərdə muzdlu əsgərləri sıralarına cəlb edib. Həmçinin Suriya nizami qoşunlarının döyüşçüləri Rusiyaya ilk növbədə Rusiyanın nəzarətində olan 25-ci Xüsusi Əməliyyat Diviziyası kimi bölmələrdən göndərilir.
Bu elit döyüşçülər 500-700 dollardan qat-qat yüksək maaş alırlar ki, bu da Suriya standartlarına görə böyük məbləğdir.

https://detaly.co.il/smi-sotni-palestintsev-iz-lagerej-bezhentsev-v-livane-voyuyut-na-storone-rossii/
Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.351399