Rusiya sülhməramlılarının bütün postları Laçın şəhərindən götürülüb

2022-09-01 11:27:00

Rusiya sülhməramlılarının bütün postları Laçın şəhərindən götürülüb

Rusiya sülhməramlılarının Laçın şəhərində, Zabux və Susda qurduğu müvəqqəti postlar tam sökülərək götürülüb.

Hurriyyet.az xəbər verir ki, sülhməramlıların həmin ərazilərdəki səlahiyyətləri bir neçə gündür başa çatıb.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Report.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.075328