Rusiya sülhməramlıları Qazaxıstanı tərk elədilər

2022-01-15 12:12:00

Rusiya sülhməramlıları Qazaxıstanı tərk elədilər

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya sülhməramlıları Qazaxıstanı tərk ediblər. 

Qazaxıstandakı iğtişaşları yatırmaq üçün həmin ölkəyə daxil olmuş KTMT qüvvələrinin tərkibində olan rusiyalı sülhməramlılarını daşıyan təyyarələr respublikanı tərk ediblər. 

Bu barədə məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi verib. Açıqlamada 15 ədəd İl-76 və 3 ədəd An-124 təyyarəsinin rusiyalı hərbçiləri geri qaytardığı bildirilir.

Hürr Tərcüman