Saat:13:47
Haqqımızda

Rusiya sülhməramlıları Özbəkistana qədəm qoydu

2021-07-30 16:10:00

Rusiya sülhməramlıları Özbəkistana qədəm qoydu

Əfqanıstan müharibəsi Rusiyanın bölgədəki varlığını gücləndirir

Hurriyyet.org xəbər verir ki, Rusiya hərbçiləri Özbəkistanın Əfqanıstan ilə sərhədində təlim keçəcəklər.

Rusiyanın Mərkəzi Hərbi Dairəsinin hərbçiləri Əfqanıstanla sərhəddə keçiriləcək təlimlərdə iştirak eləmək üçün Özbəkistana gediblər. Bu barədə MHD-nin mətbuat xidməti məlumat verib. Açıqlamada deyilir: “Mərkəzi Hərbi Dairənin xüsusi təyinatlı briqadaları və sülhməramlı qüvvələri Özbəkistan Respublikasının Silahlı Qüvvələri ilə birgə təlimlərdə iştirak eləmək üçün Termez poliqonuna gəliblər”.

Rusiya hərbçiləri və onların silahları İl-76 təyyarəsi ilə respublikaya gətirilib.

Manevrlər 30 iyul-10 avqust tarixlərində, Özbəkistanın Surxandar vilayətində keçiriləcək. Təlimlərdə hər iki tərəfdən olan 1500-ə yaxın hərbçi iştirak edir.

Bundan əvvəlki açıqlamalarda bildirilib ki, Tacikistanın Əfqanıstanla sərhədindən 20 m məsafədə keçiriləcək üçtərəfli təlimlərdə min nəfərə yaxın Rusiya hərbçisi iştirak edəcək. Təlimlərə 300 ədədə qədər hərbi texnika və qurğunun cəlb edildiyi xəbər verilir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR