Saat:16:37
Haqqımızda

“Rusiya sülhməramlıları ölkəmizdən dərhal çıxarılsın” - ADP sülh danışıqlarının Avropa müstəvisində davam etdirilməsini dəstəkləyir

2024-02-12 16:16:36

“Rusiya sülhməramlıları ölkəmizdən dərhal çıxarılsın” - ADP sülh danışıqlarının Avropa müstəvisində davam etdirilməsini dəstəkləyir

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, İdarə Heyəti ilk öncə 07 fevral 2024-cü il tarixində ölkədə keçirilən növbədənkənar Prezident seçkilərinin son nəticələri ətrafında ətraflı müzakirələr aparıb. Müzakirələrdə Azərbaycanda seçki təcrübəsinin qüsurlu tərəfləri geniş təhlil edilib, gələcəkdə ölkədə seçkilərin Avropa standarlarına uyğun keçirilməsinin şərtləri, seçkilərdə beynəlxalq administrasiyanın iştirakının daha geniş şəkildə təmin edilməsi, seçkilərdə müxalifətin konsolidasiyasının vacibliyi və Azərbaycan xalqının seçki fəallığının artırılması ətrafında fikir mübadiləsi aparılıb.

İdarə Heyəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarının Avropa müstəvisində davam etdirilməsi ilə bağlı təşəbbüsünü alqışlayıb, bu addımın Azərbaycan xalqınının maraqlarına uyğun olduğunu bir daha qeyd edib.

İdarə Heyəti son zamanlar Rusiyanın hərbi kontingentinin Azərbaycan ərazisindəki sülhməramlı missiyası ətrafında aparılan müzakirələrə də münasibət bildirib. İdarə Heyəti Rusiya “sülhməramlıları”nın Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edib, eyni zamanda qeyd edib ki, Azərbaycan ordusu, ermənilər də daxil olmaqla, ölkə ərazisində bütün vətəndaşlarının hüquq və azadlıqlarını təmin etmək gücündədir, başqa bir xarici qüvvənin belə bir missiya ilə çıxış etmək haqqı yoxdur və Rusiya “sülhməramlıları”nın Azərbaycanda möcdudluğu ölkəmizin suverenliyinin məhdudlaşdırılması deməkdir.

İdarə Heyəti eyni zamanda Qarabağda yaşayan ermənilərin geri qaytarılması ilə bağlı Azərbaycana qarşı yönələn beynəlxalq təzyiqlər ətrafında da fikir mübadiləsi aparıb. Müzakirələrdə qeyd edilib ki, yalnız Azərbaycan dövlətinin qanunlarını qəbul edən, Azərbaycan dövləti və xalqı qarşısında heç bir cinayətləri olmayan Qarabağda yaşamış yerli ermənilər Azərbaycan ərazisinə qayıda və onların təminatçısı kimi yalnız Azərbaycan dövləti və onun hüquq-mühafizə orqanları çıxış edə bilər. Eyni zamanda qeyd edilib ki, başqa bir dövlətin müdafiəsi altında Qarabağda yaşayan ermənilərin Azərbaycana qaytarılması cəhdi yeni münaqişələr üçün əsas yaradır.  

İdarə Heyəti ABŞ-ın ermənipərəst senatorlarının Konqresə “Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabat” tələb edən qətnamə layihəsinin təqdim etməsinə də münasibət bildirib. İdarə Heyəti bu tipli sənədlərin son zamanlar davamlı xarakter almasının Azərbaycan dövlətinə qarşı xoşməramlı niyyətdən irəli gəlmədiyini bildirib. İdarə Heyəti eyni zamanda hakimiyyəti ölkədə insan hüquq və azadlıqları sahəsində mövcud olan problemləri həll etməyə, bu problemlərin Azərbaycana qarşı təzyiq elementinə çevrilməsinə imkan verməməyə çağırıb.  

İdarə Heyəti İsrail-Fələstin və Rusiya-Ukrayna arasında davam edən qanlı münaqişələrin son durumu ilə bağlı müzakirələr aparıb. Bu tipi münaqişələrdə böyük dövlətlərin vasitəçilik missiyasının onların siyasi və geopolitik maraqları baxımından iflasa uğradığını nəzərə alaraq, Azərbaycan hökumətini bu iki münaqişənin sülh yolu ilə həll olunması naminə vasitəçilik missiyası ilə çıxış etməyə çağırıb.

Hazırladı: KƏNAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR