Saat:09:37
Haqqımızda

Rusiya sülhməramlıları Azərbaycan ərazisinə QANUNSUZ SƏFƏRLƏRƏ ŞƏRAİT YARADIR

2022-12-01 13:12:00

Rusiya sülhməramlıları Azərbaycan ərazisinə QANUNSUZ SƏFƏRLƏRƏ ŞƏRAİT YARADIR

Asif Nərimanlı: "14 ölkədən gələnlərin xüsusi xidmət orqanlarının əməkdaşları, yaxud digər müvafiq təyinatlı şəxslər olması haqda məlumatlar var"

"Sülhməramlılar Qarabağa 14 xarici ölkənin vətəndaşının keçidini təmin edib. 10 noyabr razılaşmasından sonra verilən açıqlamalardan belə nəticəyə gəlmək olurdu ki, Qarabağa Ermənistan və Rusiya vətəndaşlarının girişinə müəyən qədər şərait yaradılması razılığı olub, lakin bu daha çox humanitar məqsədli səfərlərə aiddir. Digər ölkə vətəndaşları mütləq şəkildə Bakıdan icazə almalıdır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Asif Nərimanlı bildirib.

Siyasi ekspert qeyd edib ki, ilk gündən sülhməramlılar buna əməl etmədilər: "Zaman-zaman təkcə Rusiya və Ermənistandan yox, digər ölkələrdən də müxtəlif adlar altında Azərbaycan ərazisinə qanunsuz səfərlərə şərait yaradıldı. İctimaiyyətin bildiyi ölkələr arasında Fransa xüsusilə seçilir, bu ölkənin sonuncu prezident seçkilərində Xankəndində təbliğat kampaniyası aparan namizədləri də var idi. Lakin indi 14 ölkədən gələnlərin olduğu və bunların xüsusi xidmət orqanlarının əməkdaşları, yaxud digər müvafiq təyinatlı şəxslər olması haqda məlumatlar var. Söhbət hansı ölkələrdən gedir, çox maraqlıdır. Bu, həm də Qarabağ üzərində oyun quranların sayının az olmadığına işarədir".

Asif Nərimanlının fikrincə, istisna deyil ki, 14 ölkənin arasında İranın da adı var.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR