"Rusiya siyasətçiləri və diplomatları üzr istəməyi də bacarmırlar" - ELXAN ŞAHİNOĞLU

2022-05-06 15:04:00

"Lavrov Hitleri yəhudi elan etdikdən sonra Rusiyada bunun yanlış açılama olduğunu çoxları anlayırdı, ancaq qorxularından biri səsini çıxarıb yüngülcə də olsa etirazını bildirmədi"

"Rusiya siyasətçiləri və diplomatları üzr istəməyi də bacarmırlar. Rusiya xarici işlər naziri Sergey Lavrov əvvəlcə yəhudiləri təhqir etdi, ardınca rəhbəri olduğu Xarici İşlər Nazirliyi vasitəsilə bəyanat yayımlayaraq mövzunu "yaxşı eləmişəm"ə gətirdi". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

İsrail prezidentinin rusiyalı həmkarıyla telefonla danışdığını qeyd edən politoloqun sözlərinə görə, bundan sonra İsraildən yayımlanan açıqlamada Vladimir Putinin israilli həmkarından Lavrovun sözlərinə görə üzr istədiyi bildirildi: "Ancaq Kremldən yayımlanan məlumatda prezidentlərin telefon danışığı zamanı Putinin üzr istəməsinə dair cümlə yox idi, Lavrovun özündən də "tık" səs yoxdur. Əslində Lavrov Hitleri yəhudi elan etdikdən sonra Rusiyada bunun yanlış açılama olduğunu çoxları anlayırdı, ancaq qorxularından biri səsini çıxarıb yüngülcə də olsa etirazını bildirmədi".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya