Rusiya sərhədimizdə terrorun qarşısını aldı
2023-01-23 15:47:00

Rusiya xüsusi xidmət orqanları Şimali Qafqazda Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə törətmək istədiyi terror aktının qarşısını alıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Bu ilin yanvarında Rusiya FTX-si Rusiya vətəndaşı olan millətçi ideologiya tərəfdarının Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə planlaşdırdığı terror xarakterli cinayəti törətmək cəhdinin qarşısını alıb”, - məlumatda bildirilir.
Qeyd olunur ki, yaşayış yerində aparılan axtarış zamanı istifadəyə hazır terror vasitələri götürülüb, dindirilmə zamanı saxlanılan şəxs hər şeyi etiraf edib.
Bu faktla bağlı terror aktına hazırlıq işi açılıb. Digər təfərrüat açıqlanmır. (axar)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya