Rusiya Serbiya ilə Kosova arasında GƏRGİNLİYİ ARTIRIR

2022-12-20 11:51:00

Rusiya Serbiya ilə Kosova arasında GƏRGİNLİYİ ARTIRIR

Kosovo ilə Serbiya arasında ölkənin şimalındakı gərginlik artır. Belə ki, bugünlərdə Kosovo ölkənin şimalındakı serblərin məskunlaşdığı ərazilərdə təhlükəsizlik qüvvələrinin mövcudluğunun artırdığını elan edib. Hurriyyet.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumatda serblərin yeni barrikadalar qurduqları, hərəkət azadlığının pozulduğu bildirilir.

Onu da nəzərinizə çatdıraq ki, artıq Kosovonun baş naziri Albin Kurti Serbiya ilə yaşadıqları gərginliklə bağlı açıqlama verib və Rusiyanı gərginliyi artırmaqda ittiham edib. Gərginliyin artmasında Rusiyanı günahlandıran Kurti iddia edir ki, Kreml Ukrayna ilə müharibədə uğursuzluğa düçar olduğundan Kosovo ilə Serbiya arasında gərginliyi artırmağa çalışır.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.164809