Rusiya səfiri Polşa XİN-ə çağrıldı - raket zərbəsi nəticəsində iki vətəndaş həlak olub

2022-11-16 11:46:00

Rusiya səfiri Polşa XİN-ə çağrıldı - raket zərbəsi nəticəsində iki vətəndaş həlak olub

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Polşanın Xarici İşlər Nazirliyinə çağrılıb.

Nazirliyin açıqlamasında deyilir: “15 noyabr saat 15:40-da Lyublin vilayətinin Xrubeşovsk rayonunun Pşevoduv kəndinin ərazisinə Rusiya istehsalı olan raket düşüb, nəticədə Polşa Respulikasının iki vətəndaşı həlak olub. Bununla əlaqədar Xarici İşlər naziri Zbiqnev Rau Rusiya Federasiyasının səfirini dərhal ətraflı izahat verilməsi tələbi ilə XİN-ə çağırıb”.

Qeyd edək ki, Polşa Prezidenti Ancey Duda hadisə ilə bağlı açıqlamasında deyib: “Hazırda bu raketin kimin atdığı barəsində ölkənin birmənalı sübutları yoxdur. Belə hadisə ilk dəfədir, baş verir”.

İnsidentin araşdırılması üçün mütəxəssislər dəvət edilib. Polşanın Baş naziri Mateuş Moravetski deyib: “Biz baş verənlərin bütün səbəblərinin dəqiqləşdirilməsi üzərində işləyirik. Bunun üçün öz ekspert və təhqiqatçılar qrupumuza xarici mütəxəssisləri də dəvət eləmişik”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142301