Rusiya "Şahid"lərlə Kiyevi vurdu: ölənlər var
2023-03-23 00:16:00
Rusiyanın İran istehsalı “Şahid” PUA-ları ilə Kiyev vilayətinin Rjişev şəhərinin yataqxanasına hücumu nəticəsində azı 7 nəfər həlak olub.
Bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
"Daha 7 nəfər zərbə nəticəsində xəsarət alıb, 1 nəfər xilas edilib. Dağıntılar altında yəqin ki, dörd nəfər var. Dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davam edir", - məlumatda qeyd edilib.
Bildirilib ki, düşmənin hücumu nəticəsində iki beşmərtəbəli yataqxananın 4-cü və 5-ci mərtəbələri və peşə liseyin üçmərtəbəli tədris korpusu qismən dağılıb, ardınca isə yanğın baş verib. \\Axar.Az