“Rusiya qüvvələri sursat çatışmazlığı ilə üzləşib” – “Vaqner”in rəhbəri
2023-03-11 15:03:00

“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin Rusiya qüvvələrinin sursat çatışmazlığıyla üzləşməsindən narahat olduğunu bildirib.
Hurriyyet.az ABŞ-nin “The Guardian” nəşrinə istinadla xəbər verir ki, Priqojin ötən gün verdiyi açıqlamalarda döyüş sursatı istehsalatını artırdığı üçün Kremlə təşəkkür etsə də, cəbhədəki çatışmazlıqlarla bağlı narahat olduğunu deyib. “Ukrayna silahlı qüvvələrinin böyük müqavimətinə baxmayaraq, biz irəli gedəcəyik. Biz 2023-cü ildə istehsal olunmuş döyüş sursatları almağa başlamışıq. Lakin mən həm “Vaqner” hərbi şirkətinin, həm də Rusiya ordusunun bölmələrinin sursat və mərmi çatışmazlığıyla üzləşməsindən narahatam”,-deyə o, bildirib. (azpolitika)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya