Saat:03:05
Haqqımızda

Rusiya qoşunları sərhədi keçməyə çalışır - Döyüşlər şiddətləndi

2022-05-17 17:55:00

Rusiya qoşunları sərhədi keçməyə çalışır - Döyüşlər şiddətləndi

Bu gün səhər saatlarından Ukraynanın Sumı vilayətinin Rusiya ərazisindən atəşə tutulması davam edir. Şostka rayonunun şimalında döyüş gedir və Seredino-Budada dövlət sərhədini pozmağa cəhd edilir.

Hurriyyet.az xəbər verir ki, bunu Sumı regional hərbi idarəsinin rəhbəri Dmitri Jivitski deyib.

“Esmani rayonunda 5 partlayış baş verib. Boyaro-Lejaçi istiqamətində 70-ə yaxın partlayış olub. 6 partlayış Sopıç kəndi ərazisində qeydə alınıb”, - regional idarənin rəhbəri qeyd edib.

Jivitskinin sözlərinə görə, Rusiya qüvvələrinin intensiv atəşi nəticəsində sərhəddə yanğının başlayıb.

Ruslar mayın 16-da da Sumı vilayətində Ukrayna sərhədini pozmağa cəhd ediblər.

Teleqraf.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR