Saat:11:29
Haqqımızda

Rusiya qonşu ölkədə "Oreşnik" raket kompleksini yerləşdirir

2025-02-20 14:24:48

Rusiya qonşu ölkədə

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla  xəbər verir ki, Belarusun Müdafiə Nazirliyi "Opeşnik" kompleksinin yerləşdirilməsi ilə bağlı vəziyyət barəsində açıqlama verib. Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin başçısı Valeri Revenko bu sahədə fəal iş getdiyini söyləib. Revenko deyib: "Bu məsələ üzərində işləyirik. Lakin təəssüf ki, hazırda detallar barəsində məlumat verə bilmərəm. Fəal iş gedir. Dövlət başçıları qərar veriblərsə, qərar yerinə yetiriləcək".
2024-cü il dekabrın 6-da Moskva ilə Minsk İttifaq dövlətinin Ali Dövlət Şurasının iclasında İttifaq dövlətinin Təhlükəsizlik Konsepsiyası qəbul edilib, dövlətlərarası müqavilə imzalanıb. Belarus Prezidenti Aleksandr Lukaşenko iclasdan sonrakı açıqlamasında RF Prezidenti Vladimir Putindən respublikada Rusiyanın "Oreşnik" orta mənzilli ballistik raket kompeksini yerləşdirməyi xahiş etdiyini bildirib. Putin isə "Oreşnik" kompleksinin 2025-ci ilin ikinci yarısında Belarusda yerləşdiriləcəyini bəyan edib. 
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.165776