Rusiya qazını Avropaya daşıyan boru kəməri partladı - Almaniya Ukraynadan təzminat tələb edir
2024-11-26 17:00:21
Almaniyanın “Stoppt die Sanktionen” anti-sanksiya hərəkatı “Şimal axını”nın partlaması nəticəsində dəyən ziyana görə Ukraynadan təzminat tələb edib.
Hurriyyet.az xəbər verir ki, ictimai hərəkat üzvlərinin fikrincə, Kiyevin qaz kəmərlərini sıradan çıxarması Rusiyaya qarşı deyil, Almaniyaya, Almaniyanın maraqlarına və Almaniya iqtisadiyyatına qarşı yönəlib.
Hərəkatın hazırladığı bəyanatda bildirilir ki, Ukrayna Almaniyaya dəymiş ziyana, o cümlədən itirilmiş mənfəətə görə tam məsuliyyət daşımalıdır.
Bundan əlavə, "Stoppt die Sanktione"nin fikrincə, terror aktının əsl təşəbbüskarları Amerika Birləşmiş Ştatları olub.
Manset.az