Saat:04:38
Haqqımızda

"Rusiya Qarabağda mövcud olan hərbi texnikasını təmir adı altında çıxarır" - ASİF NƏRİMANLI

2023-11-01 13:39:02

"Sülhməramlıların fəaliyyəti rəsmi olaraq başa çatmadığı üçün texnikanın çıxarılması da bu ad altında həyata keçirilir"

"Sülhməramlı kontingentin Qarabağ iqtisadi rayonu ərazisində rotasiyası başa çatır, hərbi texnika planlı təmir üçün Rusiyaya göndərilir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Asif Nərimanlı qeyd edib.

Siyasi ekspert hesab edir ki, Rusiya Müdafiə Nazirliyinin bu məlumatından iki nəticə çıxır: "Birincisi, rotasiya sülhməramlıların nəzarət zonası və postların ləğv edilməsinin başa çatması deməkdir. 20 sentyabra qədər mövcud olan nəzarət zonasında dayanan kontingent silahların mühafizəsi məqsədilə yaradılan postlara köçürülür. İkincisi, Rusiya Qarabağda mövcud olan hərbi texnikasını təmir adı altında çıxarır və çıxarılan texnikanın geri qaytarılmayacağı da bəllidir".

Asif Nərimanlının fikrincə, sülhməramlıların fəaliyyəti rəsmi olaraq başa çatmadığı üçün texnikanın çıxarılması da bu ad altında həyata keçirilir: "Çıxarılan texnika arasında separatçıların ruslara təhvil verdiklərinin olduğu da istisna deyil və mümkündür ki, Azərbaycan ordusunun nəzarətinə keçən silah-sursat isə antiterror tədbirləri zamanı ələ keçirilənlərdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.568399