Rusiya Qarabağ məsələsində Bakı və Ankaranı ALDATMAQ İSTƏYİR - Maneə BÖYÜYÜR

2022-06-09 19:21:00

Rusiya Qarabağ məsələsində Bakı və Ankaranı ALDATMAQ İSTƏYİR - Maneə BÖYÜYÜR

"Rusiya XİN rəhbəri Sergey Lavrovun Türkiyə səfərini hər iki ölkə adına uğurlu adlandırmaq olar".

Hurriyyet.az bildirir ki, bunu Milli.Az-a açıqlamasında iqtisadi, siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, bölgədə sülhün olmasına qarşı yeganə əsas qüvvə Rusiyadır:

"Bu görüş əsnasında edilən açıqlamalardan da görünür ki, hər iki tərəf sülhün, əminamanlığın olmasını istəyir. Hər iki tərəf istəyir ki, regionda sülh olsun, dəhlizlər açılsın, nəqliyyat kommunikasiya xətləri açılsın, siyasi-iqtisadi əlaqələr bərpa olunsun. Elə bu istiqamətdə də çox uğurlu açıqlamalar verilir. 

Amma reallığa gəldikdə isə bilirik ki, burada səmimi olaraq iştirak edən tərəf, Azərbaycanla Ermənistan arasında sülh olmasını istəyən tərəf məhz Avropa İttifaqı və Türkiyədir. Çünki Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın işğal altında olan ərazilərini boşaltsa və Azərbaycanla, Türkiyəyə qarşı torpaq iddiaları olmasa, Ankara İrəvanla bütün iqtisadi-siyasi əlaqələri bərpa etməkdə maraqlıdır. Və Azərbaycan belə bir məqamda artıq nəqliyyat kommunikasiya xəttlərini açıb. 

Bundan başqa biz görürük ki, eyni məsələ - Türkiyə də artıq hava yolunu Ermənistanla açıb, bir sıra iqtisadi məsələlərlə bağlı güzəştlərə hazırdır. Və Avropa ittifaqının vasitəçiliyi ilə keçirilən üç Brüssel görüşünün hər üçündə nəticə əldə olunub - Dəhlizlər, sərhədlərin delimitasiya-demarkasiyası, sülh komissiyalarının yaradılması və s.

Ancaq son dövrlər, xüsusilə Qarabağda baş verən təxribatlar və digər insidentlər, Rusiya mediasının Azərbaycanın ərazi bütövlüyünə qarşı göstərdiyi hörmətsizliklər onu deməyə əsas verir ki, bölgədə sülhün olmasına qarşı yeganə əsas qüvvə məhz Rusiyadır. Məhz Rusiya Qarabağda yerli separatçı rejimi dəstəkləyir, onlara dəstək durur. Hətta Ermənistan belə, Qarabağda separatçı xuntadan imtina edib, amma Rusiya onları yenə də dəstəkləyir və onların mövcudluğuna çalışır. 

Eyni şəkildə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə əsas real təhlükə də məhz Rusiyadan gəlir. Məhz ona görə də düşünürəm ki, Lavrovun Ankarada nə açıqlamasından asılı olmayaraq, sülh prosesinə ən böyük maneə elə yenə də Rusiya olaraq qalmaqdadır". 

Təhməz Əsədov


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya