Saat:21:47
Haqqımızda

"Rusiya problemi nə özü birdəfəlik çözür, nə də çözmək istəyənlərə şans verir" - MÜBARİZ GÖYÜŞLÜ

2021-12-07 14:13:00

"Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü öncəsi Rusiyanın rəsmi və qeyri-rəsmi şəxslərinin narahat fikirləri gündəmi götürüb"

"Bölgədə marağı olan geopolitik güclərin münasibətlərinin gərginləşməsi, yaxud normallaşması Cənubi Qafqazdakı məsələlərə çox ciddi təsir etməkdədir". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Siyasi şərhçi bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi, sülh müqaviləsinin imzalanması prosesi ilə bağlı təşəbbüsləri heç kimə güzəşt etmək istəmir: "Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü öncəsi Rusiyanın rəsmi və qeyri-rəsmi şəxslərinin narahat fikirləri gündəmi götürüb. "Nə yardan doyan, nə əldən qoyan" Rusiya problemi nə özü birdəfəlik çözür, nə də çözmək istəyənlərə şans verir".

Mübariz Göyüşlünün fikrincə, bu durum isə münaqişənin həllinə deyil, onun dondurulmasına, mövcudluğunun uzanmasına, bir növ pat vəziyyətin saxlanılmasına xidmət edir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR