Rusiya: “Pakistan axını” qaz kəməri ilə bağlı razılaşmanı imzalamağa hazırıq”

2023-01-19 21:03:00

Rusiya: “Pakistan axını” qaz kəməri ilə bağlı razılaşmanı imzalamağa hazırıq”

Hurriyyet.az xəbər verir ki, Rusiya ilə Pakistan “Pakistan axını” qaz kəmərinin tikintisi ilə bağlı sənədləri razılaşdırıblar. 

Rusiyanın Energetika naziri Nikolay Şulqinov bəyan edib ki, Rusiya ilə Pakistan “Pakistan axını” qaz boru kəmərinin tikintisi ilə bağlı korporativ sənədləri imzalamağa hazırdırlar. Layihənin müzakirəsi iki dövlətin hökumətlərarası komissiyasının məsləhətləşmələri çərçivəsində aparılıb. Nazir hökumətlərarası komissiyanın 18-20 yanvar tarixlərində keçirilən iclaslarında iştirak eləmək üçün İslamabada gedib.

Şulqinov Pakistanın “PTV World” telekanalına müsahibəsində deyib: “Biz zəruri korporativ sənədləri imzalamağa hazırıq”.

Rusiya ilə Pakistan “Pakistan axını”nın tikintisi barəsində 2015-ci ildə ilkin razılaşma imzalayıblar. Kəmərin uzunluğunun 1,1 min km, nəql həcminin ildə 12,3 milyard kub metr olması planlaşdırılır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.181158