Saat:04:09
Haqqımızda

Rusiya öz qazını İstanbulda satacaq - Türkiyədə Qaz Ticarəti Mərkəzi açılır

2024-11-01 13:01:19

Rusiya öz qazını İstanbulda satacaq - Türkiyədə Qaz Ticarəti Mərkəzi açılır

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Türkiyə İstanbulda qaz ticarəti mərkəzi açmağa hazırlaşır.
Türkiyədə qaz qovşağı layihəsi reallaşmaq üzrədir. Türkiyə rəhbərliyi İstanbulda Qaz Ticarəti Mərkəzinin 2025-ci ildə fəaliyyətə başlamasını planlaşdırır. Mərkəzi "Qazprom" ilə "Botaş" birlikdə idarə edəcəklər. Bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib. Nazir bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə söhbəti zamanı "Qazprom"a müvafiq göstəriş verəcəyini xəbər verib.
Bayraktar deyib: "2025-ci ildə güclü infrastruktur yaradacağıq. İstanbul maliyyə mərkəzində "Botaş" ilə "Qazprom" birlikdə ticarət platformasını idarə edəcəklər. Yeni mərkəzdə İstanbul qaz indeksindən istifadə ediləcək. Artıq Rusiya öz qazını satarkən deyəcək: "Bu qazı İstanbul qaz indeksi formulu əsasında satıram".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.213057