"Rusiya ordusunun Ukrayna mövqelərinə aramsız hücumları nəticə verməyib" - ŞAHİN CƏFƏRLİ

2022-06-18 18:02:00

"Müharibə uzanarsa, Ukrayna NATO standartları üzrə hazırlanmış yüksəl səviyyəli rezervləri döyüşə daxil etmək imkanı qazanacaq"

"Britaniya baş naziri Kiyevə yeni təşəbbüslə gəlib. Hər 4 ayda 10 min (1 ildə 30 min) Ukrayna əsgərinə Britaniya ərazisində bu ölkənin hesabına britaniyalı zabitlər tərəfindən təlim veriləcək. Bu, o deməkdir ki, müharibə uzanarsa, Ukrayna Britaniya ordusunun təlim mərkəzlərində NATO standartları üzrə hazırlanmış yüksəl səviyyəli rezervləri döyüşə daxil etmək imkanı qazanacaq". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Siyasi şərhçinin sözlərinə görə, rus ordusunun rezervlərinin döyüş qabiliyyətinin isə hazırda döyüşən hərbi birləşmələrdən daha aşağı səviyyədə olacağı sirr deyil: "Sankt-Peterburq forumundakı çıxışında Putin Donbasdakı döyüşlərlə bağlı maraqlı açıqlama verib. Müharibənin 114-cü günündə diktator etiraf edib ki, onun ordusu Ukrayna ordusunun Donetsk istiqamətindəki möhkəmləndirilmiş mövqelərini ("ukreprayon") yara bilmir, bu səbəblə indi üzbəüz hücumlardan imtina edərək həmin rayonların arxasına çıxmağa çalışırlar. Həqiqətən Rusiya ordusunun 24 fevraldan bəri Avdeyevka başda olmaqla, Donetsk şəhəri ətrafındakı Ukrayna mövqelərinə aramsız hücumları nəticə verməyib. Təkcə bu lokal ərazidə rus ordusu və qondarma DNR-LNR qüvvələri minlərlə əsgər-zabit itirib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya