Saat:13:54
Haqqımızda

Rusiya ordusunun generalının avtomobili partladılıb - FOTOLAR

2025-12-22 10:50:10

Rusiya ordusunun generalının avtomobili partladılıb - FOTOLAR

Moskvada avtomobildə partladılan şəxs Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarov olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə "ЕЖ" teleqram kanalı MNS-ə istinadən məlumat yayıb.

Bildirilib ki, Moskvada Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarova sui-qəsd cəhdi edilib. Partlayış Yasenevaya küçəsindəki yaşayış binasının həyətində, o, "Kia Sorento" markalı avtomobilinə minərkən baş verib. Maşına ciddi ziyan dəyib və Sarvarov nəqliyyat vasitəsindən çıxarılıb. O, çoxsaylı qəlpə yaraları və sınıq xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, sürücü oturacağının altına əldəqayırma partlayıcı qurğu qoyulub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırırlar.

 

 

"AzPolitika" xatırladır ki, səhər saat 06:55 radələrində Moskvanın cənubunda, Orexovo-Borisovo rayonunun Yasenevaya küçəsində “Kia Sorento” markalı avtomobildə partlayış baş verib. Hadisə sürücü avtomobilə əyləşib bir neçə metr hərəkət etdikdən sonra olub.

Bakupost.az
Partlayış nəticəsində ətrafdakı azı 7 avtomobilə ziyan dəyib. Avtomobili idarə edən 56 yaşlı kişi sağ qalsa da, ağır xəsarətlər alıb. 
Bakupost.az

İlkin versiyaya əsasən, partlayışın səbəbi əldəqayırma partlayıcı qurğu olub. Məlumatlara görə, qurğu “Kia Sorento”nun alt hissəsinə yerləşdirilib və avtomobil hərəkətə başladıqdan bir neçə saniyə sonra detonasiya edib. Rəsmi qurumlar hələlik bu versiyanı təsdiqləməyiblər. Avtomobil sahibinin kimliyi açıqlanmır.

Bakupost.az

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb. Hadisə yerində kriminalistlər və istintaq qrupları işləyir, partlayışın dəqiq səbəbləri və motivləri araşdırılır. (APA)