Saat:04:47
Haqqımızda

Rusiya ordusunda ölü sayı ən azı 75 mindir – YENİ ARAŞDIRMA

2024-02-24 16:36:40

Rusiya ordusunda ölü sayı ən azı 75 mindir – YENİ ARAŞDIRMA

“Meduza” və “Mediazona” nəşrlərinin jurnalistləri Ukraynaya qarşı müharibənin ikinci ildönümündə Rusiyanın itkiləri ilə bağlı yeni araşdırma dərc ediblər.

Jurnalistlər işğalın ilk günündən - 24 fevral 2022-ci ildən 2023-cü ilin sonuna qədər ölənlərin sayını hesablayıblar. Onların verdikləri rəqəm 75 mindir. Müəlliflər hesablamalarının təxmini olduğunu vurğulayaraq, itkilərin sürətinin azalmadığını qeyd ediblər. Mətndə deyilir: "Bu, dəqiq rəqəm deyil, statistik hesablamadır".

İtkilərin dinamikasına gəlincə, materialda qeyd olunur ki, 2023-cü ildə cəbhə xətti faktiki olaraq donsa da, itkilərin miqyası nəinki azalmayıb, həm də xeyli artıb. "Əgər 2022-ci ildə ölənlərin sayı təxminən 24 min nəfər idisə, 2023-cü ildə bu, iki dəfədən çox artaraq, demək olar ki, 50 min nəfərə çatdı. Maksimum itkilər 2023-cü ilin yanvar-mart aylarında Baxmut uğrunda döyüş zamanı baş verib", - iki redaksiyanın əməkdaşları qeyd ediblər.

Tədqiqatda həmçinin deyilir ki, səfərbər olanlar ölənlər arasında karyera hərbçiləri və keçmiş məhbuslardan sonra üçüncü ən böyük qrupu təşkil edir. Onların payı cəlb olunmuş 75 mindən təxminən 16 minə çatır.

"Ümumilikdə, 2023-cü ilin sonuna qədər itkilərin dinamikası onu deməyə əsas verir ki, Rusiya hakimiyyəti rus kişilərini cəbhəyə çatdırmaq üçün sabit boru xətti yaradıb. Onlar son altı ayda gündə təxminən 120 nəfər itki veriblər”, - araşdırmada bildirilir.

Artıq bir il yarımdır ki, “Mediazona” BBC Rus Xidməti və könüllülər qrupu ilə birlikdə açıq mənbələrdən istifadə edərək Rusiyanın müharibədəki itkilərini hesablayır. İndi bu ölülər siyahısında 44,6 mindən çox insan var. Jurnalistlər qeyd edirlər ki, bu siyahı itkilərin real səviyyəsini əks etdirmir, yalnız ölümlə bağlı ictimai məlumatlara əsaslanır.

Moskva və Kiyev, bir qayda olaraq, müharibədəki itkiləri ictimaiyyətə açıqlamır, əsasən düşmənin itkilərindən danışırlar. Hərbi münaqişələrin tərəfləri öz uğurlarını şişirtməyə və uğursuzluqlarını azaltmağa meyllidirlər. Jurnalistlərin araşdırması ölənlərin sayı ilə bağlı ən mühüm müstəqil hesablamalardan biridir.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.270808