Rusiya ordusu Xerson Şəhər Şurasını ələ keçirdi

2022-04-25 23:51:00

Rusiya ordusu Xerson Şəhər Şurasını ələ keçirdi

Rusiya ordusu Xerson Şəhər Şurasını ələ keçirib.

Bu barədə şəhər şurası məlumat verib.

Rusiya hərbçiləri oradan Ukrayna bayrağını götürüb, mühafizəçilərdən binanın açarlarını alıblar.

Bələdiyyə sədrinə və bələdiyyə məclisinin əməkdaşlarına binaları tərk etmək əmri verilib.

Sabahdan etibarən Xerson Şəhər Şurası işləməyəcək.

“Saat 16:30-da Rusiya Federasiyasının hərbçiləri binaya daxil olub, bütün əməkdaşlara çıxıb getmələrini bildiriblər. Binadan Ukrayna bayrağını götürüblər. İnsanlara heç bir izahat verilməyib. Binadan sonuncu olaraq mer İqor Kolıxayev çıxıb”, - deyə şəhər şurasının əməkdaşı bildirib. \\Demokrat.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya