Rusiya ordusu Luqansk vilayətini tam ələ keçirib? – Separatçıların AÇIQLAMASI

2022-05-27 17:55:00

Rusiya ordusu Luqansk vilayətini tam ələ keçirib? – Separatçıların AÇIQLAMASI

“Luqansk Xalq Respublikası”nın “Xalq Milisi” “LXR”in bütün ərazisinə nəzarət edir. Bu da Ukrayna qoşunlarını silahı yerə qoymağa məcbur edir, əks halda onlar məhv ediləcəklər”.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri “Xalq Milisi”nin nümayəndəsi Andrey Maroçko səsləndirib.

“Biz onların çıxa bildiyi bütün əsas kommunikasiya yollarını kəsdik və “Luqansk Respublikası”nın bütün ərazisinə tamamilə nəzarət edirik. Qoy fikirləşsinlər, əgər sevdiklərinin yanına qayıtmaq istəyirlərsə, düzgün qərar versinlər”, – deyə o, “Birinci Kanal”da bildirib.

Maroçkonun sözlərinə görə, mühasirəyə alınmış Ukrayna hərbçilərinin iki yolu var. “Birinci çıxış yolu silahı yerə qoyub həyatda sağ qalmaqdır, ikincisi isə məhv ediləcəklər. Başqa variant yoxdur”, – deyə o yekunlaşdırıb.

Konkret.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya