Saat:03:19
Haqqımızda

Rusiya ordusu bu ərazidən geri çəkildi - Səbəb

2024-11-27 08:59:01

Rusiya ordusu bu ərazidən geri çəkildi - Səbəb

Ukrayna qüvvələri cəbhənin iki kritik sektorunda - Kursk vilayətində və Donetsk bölgəsində amansız təzyiq altındadır.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Forbes"in analitiki Devid Aks bildirib.

O qeyd edib ki, ukraynalılar təzyiq altında olsa da, Ukraynanın şimal-şərqindəki Xarkov vilayətinin Kupyansk bölgəsində uğur qazana bilər. O xatırladıb ki, ötən gün Ukrayna hərbçiləri rus qoşunlarını Kupyanskdan geri çəkilməyə məcbur edib:

"25-ci motoatıcı briqadadan olan Rusiyanın hücum qrupları iki həftə əvvəl şəhərə daxil olub. Rus qoşunları da qayıqlarla Oskol çayını adlayaraq, Kupyanskın müdafiəçilərindən yan keçməyə çalışıblar. Lakin ukraynalılar bu manevri dəf ediblər.

Hücum həmişə daha çox resurs tələb edir və rusların bölgədə personal və material baxımından üstünlükləri Kupyanskdakı qazanclarını saxlamaq üçün kifayət deyildi", - Aks vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya Silahlı Qüvvələrinin “Qərb” qoşunlar qrupu Kupyansk istiqamətindən geri çəkilib./Axar.az/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.215342