Rusiya Odessada liman infrastrukturuna zərbə endirib - 7 nəfər ölüb, 15 nəfər yaralanıb
2025-12-20 09:52:28
Rusiya ordusu dekabrın 19-da Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə zərbə endirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
Məlumatda görə, hücum nəticəsində yeddi nəfər həlak olub, 15 nəfər yaralanıb.
Qeyd edilib ki, axşam saatlarında Odessa rayonunda yerləşən liman infrastruktur obyektinə kütləvi ballistik raket hücumu həyata keçirilib. Zərbə nəticəsində dayanacaqda olan yük avtomobillərində yanğın baş verib.
"Davam edən hava həyəcan siqnalları səbəbindən operativ və fövqəladə xidmətlərin işi çətinləşib", - Kiper vurğulayıb.
APA
