Saat:12:05
Haqqımızda

Rusiya Odessa ilə Zaporojyeni atəşə tutdu - Həlak olanlar var

2025-11-21 10:39:15

Rusiya Odessa ilə Zaporojyeni atəşə tutdu - Həlak olanlar var

Hurriyyet.az xəbər verir ki, Rusiya qoşunları Zaporojye və Odesaya bir sıra hücumlar təşkil edərək dinc sakinləri öldürüblər, yaralılar var. 
Zaporojye Vilayəti Dövlət Administrasiyasının məlumatına görə, Zaporojyedə beş nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Hücum nəticəsində yaşayış binalarına, bazara və mağazaya da ziyan dəyib. Ötən sutka ərzində bölgədə hava hücumları, artilleriya zərbələri və müxtəlif dron hücumları da daxil olmaqla 387 hücum qeydə alınıb.
Odessa da gecə ərzində hücuma məruz qalıb. Odessa administrasiyası rəhbərinin sözlərinə görə, Rusiya dronları fərdi evə və bir neçə bitişik binaya zərər vurub, xidmət stansiyasını və inzibati binanı viran edib. Bir uşaq da daxil olmaqla, beş nəfər yaralanıb.
Hürr Tərcüman