Saat:18:05
Haqqımızda

"Rusiya neft-qazından üz döndərmək Çindən yeni asılılıq yaratmamalıdır" - Stoltenberq

2022-06-28 21:12:00

"Rusiya neft və qazından üz döndərmək Çindən yeni asılılıq yaratmamalıdır".

Bunu NATO baş katibi Yens Stoltenberq Madriddə NATO-nun ictimai forumunda deyib.

"Ukraynadakı müharibə avtoritar rejimlərin əmtəələrindən hədsiz dərəcədə asılı olmaq təhlükəsini göstərir. Rusiyanın enerjidən məcburiyyət silahı kimi istifadə etməsi onun neft və qazından sürətlə uzaqlaşmaq zərurətini ortaya qoyur", - Stoltenberq bildirib.

Onun fikrincə, alyans ölkələri bir asılılığı digəri ilə əvəz etməməlidir.

"Bir çox yeni təmiz texnologiyalar Çindən gəlir. Ona görə də biz enerji mənbələrimizi və təchizatçılarımızı diversifikasiya etməliyik", - Baş katib vurğulayıb. \\Report

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR