"Rusiya müharibəyə görə çox ağır bədəl ödəyəcək" - MKİ direktoru

2022-09-08 19:37:00

Rusiya Ukraynadakı müharibəsinə görə uzun müddət çox ağır bədəl ödəyəcək.

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Bill Börns Vaşinqtonda keçirilən kibertəhlükəsizlik konfransında deyib.

O qeyd edib ki, müharibə yalnız Rusiya hərbi qüvvələrinin zəifliklərini ifşa etməyib, həm də onun iqtisadiyyatını uzunmüddətli zərərlərə məruz qoyub.

Börns Kiyev qüvvələrinin ölkənin cənubunda və Xarkov istiqamətindəki əks-hücumları ilə bağlı vurğulayıb ki, ukraynalıların imkanlarını və cəsarətini az qiymətləndirmək olmaz.\\APA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064620