Rusiya Müdafiə Nazirliyindən Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA

2022-11-18 11:14:00

Rusiya Müdafiə Nazirliyindən Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA

Rusiya sülhməramlı kontingenti Qarabağda öz missiyasını yerinə yetirməkdə davam edir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatında deyilir.

“30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətə nəzarət edir və gecə-gündüz atəşkəs rejimini qoruyur. Rusiya hərbi qrupunun məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb”, – deyə məlumatda bildirilir.

Nazirlikdən bildirilib ki, 3 istiqamətdə: Martuni (Xocavənd), Martakert (Ağdərə) rayonları və Laçın dəhlizi üzrə patrul xidməti həyata keçirilib. Həmçinin, qeyd edilir ki, baş verə biləcək insidentlərin qarşısını almaq üçün Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin baş qərargahları ilə davamlı əməkdaşlıq aparılır. 

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.149113