Saat:03:40
Haqqımızda

Rusiya MN: "Ukraynalı hərbi əsirlər mübadilədən imtina etdilər"

2022-08-13 21:17:00

Rusiya MN:

“Ukraynalı hərbi əsirlər dəyişdirilmədən imtina ediblər”.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin Dəniz Piyadaları, Milli Qvardiya, Hava Desant Hücum və Quru Qoşunlarının bölmələrindən olan hərbi əsirlər Rusiya Federasiyasının nəzarətində olan ərazidə qalmağa qərar veriblər.

İddialara görə, belə bir qərara “döyüşmək istəməmək və yenidən cəbhə xəttində olmaq qorxusu” səbəb olub.

Rusiya Müdafiə Nazirliyinin rəsmi Teleqram kanalında yazılıb:

“Müharibə əsirləri mübadilədən imtina etdilər və Ukraynaya qayıtmaq istəmirlər ki, “top yeminə” çevrilib ölməsinlər”.

Departament həmçinin qeyd edib ki, “keçmiş Ukrayna əsgərləri saxlanma şəraitindən tam razıdırlar”.

Rusiya Müdafiə Nazirliyi əsirlərə yaxınları ilə əlaqə saxlamaq imkanı verildiyini iddia edir. \\KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR