Saat:18:15
Haqqımızda

Rusiya MN Tərtərin Qapanlı kəndini də məsuliyyət zonasına daxil etdi...-HƏDSİZLİK

2021-09-27 09:40:00

Rusiya MN Tərtərin Qapanlı kəndini də  məsuliyyət zonasına daxil etdi...-HƏDSİZLİK

Bu kənd ilə üzbəüz yerləşən Tərtər rayonunun  Seysulan kəndi istər Aprel döyüşləri, istərsə də II Qarabağ savaşındakı  gərgin döyüşlərə rəğmən işğaldan tam azad edilməyib...

10 noyabr üçtərəfli razılaşmasına əsasən Azərbaycan Respublikası ərazisinin hazırda ermənilər yaşayan əraziləri, o cümlədən Laçın rayonunun  bir hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingenti heç bir əsas olmadan Tərtər rayonunun Qapanlı kəndini də məsuliyyət zonasına daxil edib.Moderator.az xəbər verir ki, bu, Rusiya MN-in rəsmi saytındakı sülhməramlı(?) birləşmələrin məsulliyyət zonası, dislokasiyası və patrul marşrutlarını əsk etdirən 26 avqust 2021-ci ilə aid xəritədən bəlli olub. Həmin xəritədə Tərtər rayonunun Qapanlı kəndi Rusiya hərbi birləşmələrinin patrul marşrutuna da daxil edilib.

Rusiya hərbçilərinin Qapanlı kəndinə daxil olub-olmadıqları haqda heç bir tərəfdən rəsmi məlumat yoxdur. Lakin  bəhs edilən xəritə göz önündədir...

Belə ki, indiyədək  sözügedən gündəlik xəritələrdə istər Rusiya hərbi kontingentinin məsuliyyət zonasında, istərsə də həmin zonadan kənarda Qapanlı kəndi  qeyd edilməyib. 

Maraqlıdır ki, demək olar, Rusiya MN-in 2020-ci il noyabrından 12-dən bəriki bütün xəritələrində rəsmi inzibati ərazilərinin bir hissəsi hələ də Rusiya hərbi kontingentinin himayəsindəki erməni silahlı birləşmələrinin nəzarətində olan Kəlbəcər, Ağdam və Tərtər rayonlarından yalnız Tərtər rayonunun adı “sülhməramlı”ların məsuliyyət zonasında göstərilir.  Belə ki, həmin rayonun Qapanlıdan başqa daha 9 kəndi və bir şəhəri – Ağdərə həmin zonada yerləşir və ermənilər hələ də o məntəqələrdə yaşayır. Bəlkə Rusiya MN bütövlükdə Tərtər rayonuna da iddialıdır?..

O da diqqəti cəlb edir ki, “sülhməramlı”ların məsuliyyət zonasından kənardakı Kəlbəcər, Bərdə, Ağcabədi, Füzuli, Cəbrayıl rayon mərkəzləri, eləcə də “Hadrut”  adı altında  Ağoğlan qəsəbəsi də həmin zonadakı digər məntəqələr kimi sarı, yaxud qırmızı rənglə seçdirilir...

Onu da qeyd edək ki, həm 1990-cı illərin 1-ci Qarabağ savaşında, həm Aprel döyüşlərində və xüsusilə son 44 günlük müharibədə Tərtər rayonunun Qapanlı kəndi düşmənlərimiz üçün xüsusi strateji əhəmiyyət kəsb edib və 1992-1994-cü illərdə bu məntəqə və onun qəhrəman sakinləri ermənilərin Tərtər şəhərini işğal etməsinin qarşısının alınmasında böyük rol oynayıb.  Və bu kənd  30 ilə yaxın müddətdə, az qala hər gün düşmən atəşi altında olub. Onlarla hərbi və mülki şəhid verib, neçə-neçə mülki sakin yaralanıb. Lakin buna rəğmən qapanlılar öz kəndlərini tərk etməyiblər. Belə bir vəziyyətdə  Rusiya MN-in Qapanlı kəndi ilə bağlı bu davranışı  həm 1-ci Qarabağ, həm Aprel, həm də 44  günlük savaşmızda bu kənd uğriunda həlak olan bütün şəhidlərimizin ruhuna da təhqirdir...

O da diqqəti cəlb edir ki, Qapanlı kəndi ilə üzbəüz yerləşən Tərtər rayonunun  Seysulan kəndi istər Aprel döyüşləri, istərsə də II Qarabağ savaşındakı neçə-neçə şəhid və yaralımızın olduğu gərgin döyüşlərə rəğmən işğaldan tam azad edilməyib. Və bəzi məlumatlara görə, burada həm erməni ordusu tərəfdə, həm də Azərbaycan ərazisində fəaliyyət göstərən Rusiya ordusunda baş kəşfiyyat idarəsi - "QRU" agentlərinin böyük rolu olub...

Ümumiyyətlə, yerləşdikləri əraziləri addım-addım genişləndirmək təcrübəsi Rusiya sülhməramlılarında(?) çoxdan var. Belə ki, Gürcüstan respublikasının işğal altındakı Cənubi Osetiya bölgəsindəki Rusiya hərbçilərinin də öz postlarını tədricən, müxtəlif bəhanələrlə həmin respublikanın digər ərazilərinə doğru irəli çəkməsi faktları son illər dəfələrlə Gürcüstan hüquq müdafiəçiləri və jurnalistləri tərəfindən səsləndirilib.

Və onu da xatırladaq ki, son günlər Qarabağdakı Rusiya sülhməramlılarının(?) yeni komandanı təyin olunmuş  Rusiya Qəhrəmanı,  general-leytenant  Gennadi Anaşkinin komandanlığı altında olan Rusiya hərbi birləşmələri 2008-ci ildə Cənubi Osetiyada hərbi əməliyyatlarda, yəni Gürcüstan ərazilərinin işğalında fəal iştirak edib və Qori şəhərinin zəbt olunmasında xüsusi rol oynayıb...

Ümid edirik ki, tezliklə Azərbaycan Müdafiə Nazirliyi Rusiya "sülhməramlı" hərbi kontingentinə öz yerini göstərəcək...moderatoraz

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR