Saat:04:28
Haqqımızda

"Rusiya miqrant silahını bu dəfə Finlandiyaya qarşı işə salıb" - XAQANİ CƏFƏRLİ

2023-11-30 11:44:48

"Azərbaycanın müfaviq qurumları ölkəmizin aid olduğu çoğrafiyada həyata keçirilən köç siyasətini diqqətlə izləməli, ölkəmizin belə bir təhlükə qarşısında qalmaması üçün lazımlı tədbirlər görməlidirlər"

"Rusiya miqrant silahını yenidən, bu dəfə Finlandiyaya qarşı işə salıb. İki il əvvəl Rusiya Polşanı miqrant silahı ilə vurmaq istəmişdi. Minlərlə köçmən İraq, Əfqanıstan, Suriya və Türkiyədən Belarusun Polşa ilə sərhədinə daşınmışdı. Lakin hər kəs anlayırdı ki, bu yalnız başlanğacdır. Rusiya xüsusi xidmət orqanları Ukraynaya hərbi müdaxilə ərəfəsində Polşada sabitliyi köçmənlərin əli ilə pozmağa çalışırdı. O zaman Polşa hökmətinin qətiyyətli qərarları, Avropa İttifaqının isə miqrantları daşıyan Belarusun "Belavia", Rusiyanın "Aeroflot", "Utair""Nordwind Airlines", Türkiyənin "Türk Hava Yolları" və BƏƏ-nin "FlyDubai" şirkətlərini sanksiya ilə hədələməsi Rusiyanın təxribatının qarşısının alınmasına imkan verdi". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib. 

Politoloq bildirib lki, eyni təxribatına yenidən əl atan Rusiya Finlandiya sərhədinə Suriya, Əfqanıstan, İraq, Livan və Türkiyədən minlərlə köçmən daşıyıb: "Onlar Rusiya Finlandiya sərhədini keçməyə və “Ağ zanbaqlar” ölkəsində sığınacaq tapmağa çalışırlar. Finlandiya Rusiya xüsusi xidmət orqanlarının bu təxribatının qarşısını almaq üçün sərhəd buraxılış məntəqələrini bağlayıb və sərhədin mühafizəsini gücləndirib. Ekspertlər xəbərdarlıq edirlər ki, Rusiyanın təxribatının qarşısı alınmasa yüz minlərlə, milyonlarla köçmən Avropanın qapılarına dayanacaq. Rusiya xüsus xidmət orqanları isə Finlandiya sərhədinə daşıdıqları bədbəxt insanları 15-20 dərəcə şaxtada taleyin ümidinə və könüllülərin yardımlarına möhtac buraxıblar. Kəskin soyuqlara öyrəşməmiş insanlar isə şaxtalara dözə bilmirlər. Kitab rəfinin ön cərgəsinə düzdüyü Rusiya yazıçılarının əsərləri, o cümlədən Birinci Pyotr haqqında kitabın önündə dayanaraq "youtube" üzərindən yayım edən bir türk professor isə Finlandiyanı anti-insanı davranışda ittiham edir. Halbuki həmin insanların Finlandiyaya köçməsi ilə “Ağ zanbaqlar” ölkəsi təhlükəyə düşəcək. Çünki həmin insanların böyük hissəsi fərqli mədəniyyətə malik topluma uyğunlaşa bilməyəcək insanlardır".

Xaqani Cəfərlinin sözlərinə görə, əgər həmin insanlar əhalisi müsəlman olan Azərbaycan toplumuna uyğunlaşa, cəmiyyətdə mövcud olan davranış qaydalarına riayət edə bilmirsə, Avropa cəmiyyətlərinə, xüsusilə də ateist hesab olunan Skandinav cəmiyyətlərinə heç bir şəkildə uyğunlaşa bilməzlər: "Azərbaycanın müfaviq qurumları ölkəmizin aid olduğu çoğrafiyada həyata keçirilən köç siyasətini diqqətlə izləməli, ölkəmizin belə bir təhlükə qarşısında qalmaması üçün lazımlı tədbirlər görməlidirlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.157613