Rusiya mətbuatı: “Bayraktarlar getdikcə bizə yaxınlarşır”

2021-09-15 15:37:00

Rusiya mətbuatı: “Bayraktarlar getdikcə bizə yaxınlarşır”

Hurriyyet.az xəbər verir ki, Rusiyanın “avia.pro” internet saytı Ukraynanın “Bayraktar TB2” hərbi dronlarının Krım yarımadasının yaxınlığında istifadə eləməyə başladığını yazıb. Xəbərdə deyilir: “Ukraynanın “Bayraktar TB2” həmlə dronları Krımın yaxınlığında təhlükəli fəaliyyətə başlayıblar. Hərbi təlimlərin keçirilməsi ilə bağlı hər hansı bir açıqlama verilməsə də, Ukraynanın “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatları artıq ard-arda ikinci sutkadır ki, Rusiyanın yarımadasının şimal sərhədlərinə yaxınlaşır. Uçuş marşrutları nəzərə alındıqda, bu, yarımadaya hücum məşqlərinə bənzəyir.

Sentyabrın 13-də Ukraynanın “Bayraktar TB2” həmlə dronu Rusiya-Ukrayna sərhədindən 50 kilometrdən də yaxın məsafədə, Krım yarımadasından şimal-qərbdə müşahidə edilib. Dronun transponderləri vaxtaşırı söndürüldüyündən onun uçuşunun marşrutunu tam müşahidə eləmək mümkün olmayıb. Analoji vəziyyət 14 sentyabr tarixində də müşahidə edilib. Yetərincə uzun uçuşdan sonra dronlar bazaya qayıdıblar. 

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanının Ukraynanın əsas üstünlüyü türk PUA-larından istifadəyə verəcəyini və yaxın zamanlarda daha 24 ədəd həmlə drionu alacağını açıqlaması nəzərə alınsa, Ukraynanın yarımadaya həmlələr üzərində çalışdığı riski ciddiləşir”.