Rusiya məhkəməsi Nevzorovun həbs edilməsini qərara aldı

2022-05-06 19:26:00

Rusiya məhkəməsi Nevzorovun həbs edilməsini qərara aldı

Jurnalist axtarışdadır

Hurriyyet.az xəbər “Ukrainskaya Pravda” nəşrinə istinadla verir ki, Moskva məhkəməsi qiyabi olaraq jurnalist Aleksandr  Nevzorovu mühakimə edib və onun barəsində həbs hökmü çıxarıb. Nevzorov Rusiya Federasiyası ordusu barəsində guya yalan məlumatlar yaymaqda ittiham edilir.

Nevzorov Rusiya hərbçilərinin Ukraynanın Mariupol şəhərindəki doğum evini atəşə tutuduqları barəsində məlumat vermişdi.

Jurnalist hazırda xaricdədir. Rusiya dövləti onu axtarışa verib.

Rusiya Mariupoldakı doğun evini 9 mart tarixində hədəfə almışdı.

Rusiya tərəfi ilkin açıqlamasında doğum evində Ukrayna Milli Qvardiyasının bölmələrinin qərargahının yerləşdiyini iddia eləmiş, ardından ümumiyyətlə, həmin binaya hücum edilmədiyini bildirmişdi.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya