Rusiya media resurslarında təşviş: Azərbaycan Cənubi Qafqazda lider mövqeyini möhkəmləndirməyə tələsir

2023-01-24 14:59:00

Rusiya media resurslarında təşviş: Azərbaycan Cənubi Qafqazda lider mövqeyini möhkəmləndirməyə tələsir

II Qarabağ müharibəsi Cənubi Qafqazda qüvvələr nisbətini ciddi şəkildə dəyişdi. Bölgədə Türkiyənin çəkisi kəskin artıb. Azərbaycan da Cənubi Qafqaz dövlətləri arasında faktiki olaraq dominant mövqe tutmaqdadır. Bu baxımdan, Bakının planları həyata keçirilsə, Şimali Qafqazın da iri miqyaslı inkişafı üçün həlledici olacaq. Yanvarın 10-da Azərbaycan Prezidenti İ.Əliyev KİV-lərə verdiyi müsahibədə qarşıdakı dövr üçün əsas xarici siyasət prioritetlərini vurğuladı: Qarabağ müharibəsinin Bakının qələbəsi ilə başa çatmasına baxmayaraq, mübarizə hələ qabaqdadır. Azərbaycanı Qarabağdakı erməni əhalisini hüquq çərçivəsində idarəçiliyinə almaq cəhdləri xüsusilə Avropa tərəfindən əks-cəhdlərlə qarşılaşır və bu da yeni müharibəni istisna etmir.
Məlum olduğu kimi, türk generalı Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri postuna təyin edildi. Amma bu fakt və Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi rus media və ictimai sfera mənsublarını narahat edir. Belə ki, bu camiədən olan Vladimir Avatkov belə yazır: “Praktiki olaraq bütün Azərbaycan hərbçiləri bu və ya digər şəkildə Türkiyədə təlim keçirlər. Bu, NATO ölkələrinin modeli olan Türkiyənin hərbi texnikasıdır. Bu təlim və qalan hər şeydir. Mən Türkiyənin çox dəqiq və aydın şəkildə bir mərkəz kimi əhəmiyyətini artırmağa kömək edən dəhlizlər sistemi qurduğuna dair susuram və bu, həm iqtisadi, həm də geosiyasi rolunun artırılması baxımından son dərəcə vacibdir”. Göründüyü kimi, Türkitə-Azərbaycan tandemi rus media mənsublarının diqqətindədir və gündəmdən heç düşmür.
Prezident Əliyev müsahibəsində nəqliyyat dəhlizlərini, Şimal-Cənub marşrutunun əhəmiyyətini də qeyd etmişdi və vurğulamışdı ki, Azərbaycan bunun mühüm bir hissəsidir. Avatkov yazır ki, "Rusiya və İrana bir növ Bakının marşrutu bağlaya biləcəyinə dair bir siqnaldır". Ardınca isə təklif edir ki, "buna görə də bizim Xəzər dənizi ilə dəniz nəqliyyatını dəhlizin əsas istiqamətinə çevirməyimiz ən məntiqli olardı ki, bu da Azərbaycanın mümkün mənfi reaksiyasını puça çıxaracaq". Avatkov ifadə edir ki, "eyni zamanda, respublika üçün ən vacibi Rusiyadan yan keçərək Azərbaycan, Türkiyə və Gürcüstan əraziləri vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizdir. Maraqlıdır ki, Orta Dəhliz Türkiyənin iştirakı olmadan da təmin edilə bilərdi, çünki Gürcüstanla Azərbaycan birbaşa sərhəddi. Amma böyük türk qardaşdan yan keçməmək üçün marşrut qəsdən uzadılıb. Bununla əlaqədar olaraq Əliyev Zəngəzur dəhlizi ilə bağlı məsələ qaldırır ki, bu da Orta Yolun bir hissəsinə çevrilməli, təkcə Türkiyə və Azərbaycan üçün deyil, həm də Aİ üçün faydalıdır, çünki Rusiyadan yan keçmək üçün nəqliyyat arteriyası yaradılır". Göründüyü kimi, Avatkovun nümunəsində Türkiyənin geosiyasi rolunun artması rus media mənsublarını və ictimai şəxslərini qıcıqlandırır və narahat edir. Əlbəttə, rus ictimai şəxsləri rus toplumuna aid olduğu üçün bu mövqeyi Rusiyanın mövqeyi kimi başa düşmək gərəkdir, sadəcə başı Ukraynaya qarışan Kreml eyni zamanda bir neçə cinaha müqavimət göstərmək iqtidarında deyil.
Avatkov - "Əliyev onu da bildirib ki, bu il ərzində biz üç dəfə göstərmişik ki, heç kim bizə müqavimət göstərə bilməz. Biz məqsədimizə çatırıq və heç bir erməni himayədarı onların köməyinə gələ bilməyəcək” cümlələri ilə davam edir və açıqlayır ki, "burada ancaq Rusiya və İrandan danışmaq olar: biz Ermənistanın hərbi müttəfiqiyik, iranlılar isə İrəvana fəal kömək edir. Bundan başqa, Azərbaycan Rusiya-İran yaxınlaşmasından qıcıqlanıb və hazırkı hakimiyyəti devirmək istəyən iranlı etirazçılara açıq dəstək verib".
Avatkov Azərbaycanın güclənməsindən o qədər "lərzəyə gəlib" ki, təşvişini "Əliyevin əhatəsində daha çox “Qərbi Azərbaycan” – müharibə layihəsi və Ermənistan ərazisinin işğalı və onun Azərbaycana birləşdirilməsindən danışırlar. Və bu, Rusiya və İran var gücü ilə müdaxilə etməsə, qaçılmaz olacaq yeni müharibədir" deyə ifadə edir.
Avatkov öz təbirincə baş verənlərə narahatçılığını, "Prezident administrasiyasından bu “sızıntılar” və Azərbaycan rəsmilərinin çıxışlarındakı eyhamların konkret məqsədi var: Ermənistanı Bakının şərtləri ilə sülh müqaviləsi imzalamağa məcbur etmək, bu da Türkiyənin regionda təsirini daha da gücləndirəcək" ifadələri ilə izah edir.
Avatkov iddia edir ki, "preizdent Əliyev Azərbaycanın lider mövqeyini möhkəmləndirməyə tələsir, çünki Rusiya üçün Ukraynadakı müharibənin uğurla başa çatmasından qorxur. Onun fikrincə, belə olan halda Moskva Zaqafqaziyaya ciddi diqqət yetirə bilər və xatırlaya bilər ki, Ankara və Bakı bütün münaqişə boyu öz Kiyevli dostlarını silahla təmin ediblər. Bu gün Rusiyanın Ermənistanı dəstəkləməsi bir tərəfdən Türkiyənin Cənubi Qafqazda daha da güclənməsinin qarşısını almaq, digər tərəfdən isə İrəvanı Qərbin qucağına sıxmamaq üçün vacibdir, çünki Qərb Ermənistanla əməkdaşlıq edərək Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa hazırdır". Avatkov fikrini bu sözlərlə bitirir: "Və bu tərəfdən, Ukraynada qələbəni mümkün qədər tez əldə etmək lazımdır: yalnız bu halda keçmiş SSRİ respublikaları hesablaşacaq: Rusiya onların güc mərkəzinə çevriləcək və Türkiyəyə və Qərbə doğru hərəkət etmək tendensiyasını zəiflədəcək".
Bu yerdə Azərbaycan içində də Rusiyanı ABŞ və Qərbdən daha təhlükəsiz, daha yola gedilə bilən hesab edənlərədir sözümüz-belə bir məsələ var-ilanın ağına da lənət, qarasına da. Dünyada hazırda gedən geosiyasi-geoiqtisadi zəlzələ effekti yaradan dəyişikliklər kontekstində Rusiyanın zəiflədilməsi hərəkatı gedir və rus ictimai şəxslərinin Moskvanın türk dünyasının bir parçası olduğunu deməsi təsadüfi deyil, Rusiyanın sağ qalmaq üçün formalaşmaqda olan türk geosiyasi məkanına inteqrasiya olma səylərinin səbəbidir. Yoxsa, rus şovinist düşüncəsi "keçmiş SSRİ respublikaları bizimlə hesablaşacaq: Rusiya onların güc mərkəzinə çevriləcək və Türkiyə ilə Qərbə doğru hərəkət etmək tendensiyasını zəiflədəcək" cümləsində deyildiyi kimi imperialist ambisiyalarından, vəhşi tamahından vaz keçmiş deyil. 

O ki, qaldı Azərbaycan-Türkiyə tandeminin Cənubi Qafqazda möhkəmlənməsindən vəlvələyə düşən rus media və ictimai fikir mənsublarına-qorxunun əcələ faydası yoxdur. Rusiya səhifəsi qapanmaq üzrədir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144521