"Rusiya mayın 9-da hərbi paradı Mariupolda keçirmək niyyətindədir" - QUBAD İBADOĞLU

2022-05-05 11:55:00

"Amma ayın 9-na hələ 4 gün qalır, odur ki, qarşıdakı günlərdə çox şeylərin baş verməsi mümkündür"

"Rusiyanın işğalçı qoşunları artıq "Azovstal" ərazisindədir. Bu barədə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri, deputat David Araxamia “Azadlıq” radiosuna müsahibəsində bildirib. O qeyd edib ki, iki gündür ki, işğalçılar "Azovstal"ı götürməyə çalışır, amma buna nail ola bilmirlər, yenidən cəhd ediblər". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu bildirib.

Partiya sədrinin qənaətincə, Rusiya "Azovstal"dan mülki əhalinin çıxarılmasına buna görə razılıq verib: "Hətta belə xəbərlər də yayılıb ki, Rusiya mayın 9-da hərbi paradı Mariupolda keçirmək niyyətindədir. Amma ayın 9-na hələ 4 gün qalır, odur ki, qarşıdakı günlərdə çox şeylərin baş verməsi mümkündür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya