Rusiya Lvovu vurdu - ölənlər var
2024-09-04 10:34:00
Hurriyyet.az xəbər verir ki, sentyabrın 4-də, səhər saatlarında Rusiya ordusu Ukraynaya raket-dron hücumu edib. Hədəflər arasında Lvov şəhəri də olub.
Şəhərin meri Andrey Sadovoyun verdiyi məlumata görə, hücum nəticəsində əsas vağzalın ətrafındakı yaşayış evlərində yanğınlar və dağıntılar baş verib.
Hücum nəticəsində 7 nəfər həlak olub, 35 nəfərdən artıq yaralı var. Ölənlərdən 3 nəfəri uşaqdır.
Hürr Tərcüman