Saat:17:28
Haqqımızda

“Rusiya Lukaşenkoya qarşı sui-qəsd planlaşdırır” – Belarusu müharibəyə cəlb etmək PLANI

2022-11-26 15:58:00

“Rusiya Lukaşenkoya qarşı sui-qəsd planlaşdırır” – Belarusu müharibəyə cəlb etmək PLANI

Kreml Belarus ordusunun Ukraynaya qarşı müharibəyə cəlb edilməsi üçün radikal variant planlaşdırıb”.  

Bu barədə Robert Lansinq İnstitutunun analitikləri bildiriblər. 

Onların fikrincə, Rusiya Belarus Prezidenti Aleksandr Lukaşenkonu aradan götürmək və onun ordusuna nəzarəti ələ keçirmək barədə düşünür. 

“Rusiya hərbi rəhbərliyindəki mənbələr Kremlin artıq Lukaşenkonu aradan götürmək barədə qərar qəbul etdiyini təsdiqləyiblər. Kreml, sui-qəsd cəhdi uğursuz olsa belə, Lukaşenkonun qətlində “NATO kəşfiyyatının rəhbərliyi ilə Ukrayna və Polşanın iştirakı”nın olmasına dair uydurma sübutlar təqdim etməyi planlaşdırır. Bu vəziyyət formal olaraq Belarus qoşunlarının Ukraynaya qarşı müharibədə gələcək iştirakına səbəbiyyət verəcək”, - deyə məqalədə qeyd olunub.  

İddialara görə, Rusiya kəşfiyyatı artıq əməliyyat zamanı Lukaşenkonun öldürülməsi ssenarisi üzərində işləyir. 

Ehtimallara görə, Lukaşenkonun yerini KTMT-nin hazırkı baş katibi Stanislav Zas tutacaq.  

Digər ehtimala görə isə, Rusiya Belarusda təxribatlar törətməklə Lukaşenkonu postundan uzaqlaşdıra bilər. 

bizim.media

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR