Saat:09:21
Haqqımızda

Rusiya Latviya səfirinə iki həftə möhlət verdi

2023-01-27 23:53:00

Rusiya Latviya səfirinə iki həftə möhlət verdi

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Latviyanın Moskvadakı səfirinin iki həftə ərzində ölkəni tərk eləməli olduğunu bəyan edib.

Latviya isə Rusiyanın Riqadakı səfirinə 24 fevral tarixinə qədər möhlət verib. Rusiya ilə Latviyanın diplomatik nümayəndəlikləri indən belə müvəqqəti işlər vəkilləri səviyyəsində fəaliyyət göstərəcəklər.

Yanvarın 23-də RF XİN Estoniya ilə də diplomatik münasibətlərlə bağlı bənzər qərarını açıqlamışdı – bu ölkənin səfirinə Rusiyanı tərk eləmək üçün fevralın 7-də qədər möhlət verilib.

Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviç bazar ertəsi günü bəyan eləmişdi ki, Estoniya ilə həmrəylikəlaməti olaraq, Riqa da Rusiya ilə münasibətlərin səviyyəsini aşağı salacaq. Litva ilə Rusiyanın münasibətlərinin səviyyəsi isə hələ ötən il, Rusiya Ukraynaya müdaxilə edəndən sonra, Vilnüsün təşəbbüsü ilə aşağı düşmüşdü.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR