Saat:15:56
Haqqımızda

Rusiya Kursku niyə “qurban etdi”? – Priqojinin verdiyi dəhşətli anons…

2024-09-02 16:58:03

Rusiya Kursku niyə “qurban etdi”? – Priqojinin verdiyi dəhşətli anons…

Avqustun 7-sində Ukrayna Silahlı Qüvvələrinin Kurska girməsi fonunda əldə edilən uğurlara Rusiyanın səssiz qalması, gördüyü tədbirlərin effekt verməməsi maraq doğurur.

Həssas hədəfini Donbas və Luqansk istiqamətində yönəldən Kreml öz torpaqlarından Ukrayna əsgərlərini çıxara bilmir. Əksinə, Ukrayna ordusu irəliləməkdə, müəyyən əraziləri nəzarətinə götürməkdə davam edir. Ukrayna Prezidenti Volodimir Zelenski bu hücumun səbəbini Rusiya ərazisində bufer zonanın yaradılması ilə əlaqələndirib.

Rusiya niyə Ukrayna ordusunu öz ərazisindən çıxarmır?

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Ukrayna ordusu Kursk istiqamətində irəliləməyə davam edir:

“Son məlumatlara əsasən Kursk istiqamətində artıq yaşayış məskənlərinə də atəş açılır. İnsan tələfatı getdikcə artır. 2022-ci ildən bu yana davam edən Rusiya-Ukrayna müharibəsi artıq Qərb-Rusiya müharibəsi kimi qiymətləndirilir. Münaqişənin miqyası genişləndikcə, Qərb böyük strategiyalar yürütməyə başlayır. Tərəflər də öz növbəsində hərbi texnikasını, silah-sursatını yeniləyir və daha müasir silahlarla təmin olunmağa başlayıblar. Əslində Ukraynanın müharibəyə başlaması ölkənin varlığını sual altına aldı. Qərb də Ukraynanın əli ilə Rusiyanı regionda zəiflətmək, dünya siyasətindən parçalayaraq silməyi hədəf tutub”.

Ramiyə Məmmədova

Politoloqun sözlərinə görə, Qərbin Rusiya ərazisinə girmək strategiyası daha geniş vüsət alıb:

“Ukraynaya verilən silahlar, hərbi texnikalar və dəstəklərin daha da çoxalması buna nümunədir. ABŞ-da prezident seçkiləri ərəfəsində Ukraynanın məğlubiyyəti qəbuledilməz görünür. Yəni əslində Qərb Rusiyaya uduzmuş olacaq. Buna görə də məğlubiyyətin qarşısını alacaq həmlə reallaşmalı idi. Bu da Kursk oldu. Paraleldə Rusiya hərbi, iqtisadi baxımdan zəifləməkdədir. “Vaqner” xüsusi hərbi təşkilatının təsisçisi Yevgeni Priqojin də açıqlamasında bir neçə dəfə Kurska giriləcəyini və buna Rusiyanın şərait yaradacağını demişdi.

Digər tərəfdən Ukraynanın Kurska girməsi Rusiya ilə masa arxasına oturmaq imkanını da yox etdi. Çünki bu vəziyyətdən sonra Rusiyanın geri addım atacağını düşünmürəm. Əksinə, Ukraynaya qarşı hücumu daha da genişləndirəcək. İstanbul danışıqlarında Ukrayna Qərbi dinləməyib, danışıqlardan imtina etməsə idi o zaman böyük irəliləyiş əldə ediləcəkdi. Lakin Ukrayna vasitəsilə Rusiyanın zəifləməsi ABŞ-ın işinə gəlir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.201129