“Rusiya Krımın işğalı ssenarisini təkrarlamağa hazırlaşır” – ABŞ-dan açıqlama

2022-07-20 19:42:00

“Rusiya Krımın işğalı ssenarisini təkrarlamağa hazırlaşır” – ABŞ-dan açıqlama

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, ABŞ Rusiya Prezidenti V.Putinin Krım ssenarisini yenidən həyata keçirəcəyini  bəyan edib.

ABŞ Milli Təhlükəsizlik Şurasının təmsilçisi Con Kyorbi bununla bağlı açıqlamasında deyib: “Heç kimi aldatdıqlarını güman eləməsinlər. Rusiya lideri Vladimir Putin 2014-cü ildəki ssenarini yenidən təkrarlamağa hazırlaşır”. O, Rusiyanın işğal üçün zəmin hazırlamağa başladığını irəli sürüb. ABŞ kəşfiyyatının məlumatlarına istinad edən Kyorbi senytabr ayında Rusiyanın Ukraynada işğal eləmiş olduğu regionlarda Rusiyanın tərkibinə daxil olmaqla bağlı qondarma referendum keçirə biləcəyini söyləyib.

Kyorbi belə bir addım atılacağı təqdirdə Rusiyanın daha ağır sanksiyalarla qarşılaşa biləcəyi ilə təhdid edərək deyib: “Ərazilərin zorla ilhaq edilməsi BMT Nizamnaməsinin ağır şəkildə pozulması olar və bunun sorğu-sualsız və ya cəzasız qalmasına icazə verməyəcəyik”.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.051991