Rusiya konsulluğunun ərazisində partlayış!
2025-02-24 12:16:56
:format(webp)/nginx/o/2014/08/12/3272457t1hdf53.jpg)
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Fransanın Marsel şəhərindəki baş konsulluğunun yaxınlığında partlayış baş verib.
Hadisə yerinə polis və yanğınsöndürənlər gediblər. Bu barədə Fransanın BFMTV telekanalı məlumat verib.
Fransa mediasının məlumatına görə, naməlum şəxslər konsulluq ərazisindəki bağa 2 ədəd partlayıcı atıblar. Hadisə yerinin yaxınlığından oğurlanmış avtomobil tapılıb.
Hürr Tərcüman
