Rusiya Kiyevə raket atıb

2022-11-15 19:27:00

Rusiya Kiyevə raket atıb

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki,  Ukrayna paytaxtının meri Vitali Kliçko çərşənbə axşamı Kiyevin raket hücumlarına məruz qaldığını bildirib.

Kliçko “Teleqram” kanalında yazıb:  “Paytaxta hücum. İlkin məlumata görə,Peçerski rayonunda, iki yaşayış binasına zərbə dəyib. Hava hücumundan müdafiə sistemləri bir neçə raketi Kiyev üzərində vurub. Həkimlər və xilasedicilər hadisə yerindədirlər”.

Kiyev şəhər hərbi administrasiyası paytaxt səmasında 4 raketin vurulması barədə məlumat yayıb.

Ukraynanın Krivoy Roq, Çerkasski və Xmelnitski vilayətlərində də partlayışların baş verdiyi bildirilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.121995