Saat:13:49
Haqqımızda

Rusiya Kiyevdə mülki binaları vurdu: ölənlər var

2025-10-22 11:17:37

Rusiya Kiyevdə mülki binaları vurdu: ölənlər var

Rusiya ordusu Kiyevdə yaşayış və mülki binaları raket və PUA-larla atəşə tutub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.

“Hücum zamanı raket qalıqları Kiyevdə yaşayış binasının həyətinə düşüb. Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb”, - mer bildirib.

Darnitski rayonunda PUA qırıntıları yataqxananın üzərinə düşüb, Dneprovski rayonunda isə tibb müəssisəsinə ziyan dəyib.

Hadisə yerində xilasedicilər və təcili yardım xidmətləri çalışır. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Axar.az