Saat:02:52
Haqqımızda

Rusiya kəşfiyyatı: "Makron hərbi müdaxiləyə hazırlaşır"

2025-10-28 14:57:43

Rusiya kəşfiyyatı:

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici Kəşfiyyat Xidməti Fransanın Ukraynaya hərbi kontingent - 2 min nəfərə qədər hərbi qulluqçu göndərməyə hazırlaşdığını bəyan edib.
İdarənin mətbuata açıqlamasında deyilir: "Fransa Prezidenti Emmanuel Makron Ukraynaya hərbi müdaxilə ehtimalını nəzərdən keçirir".
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, kontingentin əsas hissəsi Latın Amerikasından olan Fransa Xarici Legionunun Polşanın Ukrayna ilə həmsərhəd ərazilərində yerləşdirilmiş hücum qoşunlarından ibarət olacaq. Onların yaxın gələcəkdə Ukraynanın mərkəzi vilayətlərinə köçürülməsi planlaşdırılır.
Hürr Tərcüman


Load Time (S) : 0.000142